YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Tarix yazan əbədiyaşar Lider”

Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı, Şəki Şəhər İcra Hakimiyyəti və Şəki Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Tarix yazan əbədiyaşar Lider” adlı tədbir keçirilib baş tutub.

Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri qoyulub və Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov və Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Xəyalə Töhrablı çıxış edərək Ümummilli Lider Heydər Əliyevin dövlət və xalq qarşısındakı tarixi xidmətlərindən bəhs ediblər.

Çıxışlarda vurğulanıb ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini qurmaq kimi çətin və məsuliyyətli bir vəzifəni cəsarətlə öz üzərinə götürən və onu uğurla həyata keçirən uzaqgörən və müdrik siyasətçi olmuşdur. Azərbaycanın müstəqilliyi məhz onun rəhbərliyi ilə əbədi və dönməz xarakter almışdır.

Qeyd olunub ki, Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmizin bütün sahələrində mühüm nailiyyətlər əldə olunmuş, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin edilmişdir. Bu gün 34 illik müstəqillik tariximizdə ölkəmiz müstəqilliyinin bərpasını qalib xalq kimi qeyd edir.

Daha sonra tədbir çərçivəsində “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın müstəqillik yolu” mövzusunda videoçarx nümayiş etdirilib.

Tədbir bədii hissə ilə davam edib.