YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdam rayon Heydər Əliyev Mərkəzində Müstəqilliyin Bərpası Günü qeyd olunub

Ağdam rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatı və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Günü münasibətilə dəyirmi masa təşkil olunub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Ağdam rayon rəşkilatının sədri Mansur Quliyev, Ağdam Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Farid Muradov və digər natiqlər xalqımızın çoxəsrlik dövlətçilik tarixindən, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsi ilə bağlı Ali Sovetin xalqın tələbi ilə çağırılmış növbədənkənar sessiyasında qəbul edilən mühüm qərarlardan danışıblar. Bildirilib ki, həmin sessiyada “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyini Bərpa Etmək Haqqında Konstitusiya Aktı” qəbul edilib və bununla da Azərbaycanın müstəqilliyi bərpa edilib.

Natiqlər qeyd ediblər ki, 18 oktyabr tarixi dövlət müstəqilliyimizin bərpası və azad gələcəyimizin təməlidir. 2021-ci ildən etibarən bu gün Azərbaycanda ‘Müstəqilliyin Bərpası Günü’ kimi qeyd olunur.

DİGƏR Xəbərlər Arxiv