Partiya xəbərləri
ICAPP Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçıları Bakıda Heydər Əliyev Mərkəzini və bir sıra tarixi məkanları ziyarət ediblər
Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə Bakıda “Milli müxtəliflikdən qlobal həmrəyliyə: yeni dünya nizamında mədəniyyətin rolu” mövzusunda keçirilən Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı (ICAPP) Mədəniyyət Şurasının 4-cü iclasının iştirakçıları Heydər Əliyev Mərkəzini ziyarət ediblər.
İştirakçılar mərkəzdəki Heydər Əliyev Muzeyində Ümummilli Liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən sənədlər, eləcə də eksponatlarla tanış olublar, həmçinin “Azərbaycan inciləri: tarixin axarında” sərgisinə baxış keçiriblər.
Daha sonra qonaqlar "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, Qız qalası və Şirvanşahlar Sarayı Kompleksində olublar.
İclas iştirakçıları “Gülüstan” sarayında Yeni Azərbaycan Partiyası adından verilən ziyafətə də qatılıblar.