YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İşğaldan azad edilmiş ərazilərdə müasir infrastruktur yaradılır

Həbib Misirov

YAP Kəlbəcər rayon təşkilatının sədri

17 oktyabr tarixi Azərbaycan xalqı üçün qürur, zəfər və milli birliyin təntənə etdiyi günlərdən biridir. Məhz bu gün — 2020-ci ilin 17 oktyabrında İkinci Qarabağ müharibəsi zamanı Füzuli şəhəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Bu parlaq Qələbə Vətən müharibəsinin gedişində strateji dönüş nöqtəsi oldu, böyük Zəfərə aparan yolun möhkəm bünövrəsini qoydu.

Prezidentin qətiyyəti, Ordunun şücaəti Füzuli uğrunda aparılan hərbi əməliyyatlar Azərbaycan Ordusunun peşəkarlığını, yüksək döyüş hazırlığını və vətənpərvərlik ruhunu dünyaya nümayiş etdirdi. Qısa müddətdə düşmənin bir neçə strateji mövqeyi ələ keçirildi və şəhər tam azad olundu.

Prezident İlham Əliyev həmin gün xalqa müraciətində bildirmişdi: “Füzulinin azad olunması Böyük Qələbəmizin əsas mərhələlərindən biridir. Bu Qələbə bizim gücümüzü, birliyimizi, iradəmizi bütün dünyaya göstərdi”.

Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur - burada yüz mindən çox mina basdırılıb. Bu da quruculuq işlərində müəyyən əngəllər törədir. Buna baxmayaraq, orada aparılan bütün quruculuq işləri dövlətimizin başçısının nəzarəti altındadır. Prezident İlham Əliyev mütəmadi olaraq Füzuli rayonuna səfərlər edir, görülən işlərlə tanış olur.   Füzuli şəhəri işğaldan azad edildikdən sonra

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış Proqramı” çərçivəsində bu ərazidə müasir infrastruktur qurulur.  Xüsusi qeyd olunmalıdır ki, 2021-ci ildə istifadəyə verilən Füzuli Beynəlxalq Hava Limanı Qarabağın “hava qapısı” adlandırılır və Böyük Qayıdış prosesini sürətləndirən mühüm layihədir. Füzuli şəhərinin azad olunması və yenidən qurulması Azərbaycanın Qarabağda həyata keçirdiyi genişmiqyaslı bərpa və inkişaf strategiyasının mühüm hissəsidir.

Müharibədən sonra Füzuli rayonu Azərbaycanın dövlət siyasətində prioritet inkişaf bölgələrindən birinə çevrilib. Ərazilərin azad olunmasından dərhal sonra burada genişmiqyaslı bərpa və yenidənqurma proqramları həyata keçirilməyə başlanıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu layihələr Füzulini regionun ən müasir yaşayış məkanlarından birinə çevirməyi hədəfləyir.

Füzuli şəhərində “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında müasir yaşayış massivləri, sosial infrastruktur obyektləri, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri və istehsal müəssisələri inşa olunur. Füzuli Beynəlxalq Hava Limanı və yeni çəkilmiş avtomobil yolları rayonun strateji əhəmiyyətini daha da artırıb, turizm və iqtisadi fəallıq üçün geniş imkanlar yaradıb. Füzuli rayonunun bərpası və yenidən qurulması prosesində qardaş ölkələrin, xüsusilə də Qazaxıstan Respublikasının göstərdiyi dəstək böyük minnətdarlıqla qarşılanır. Qardaş Qazaxıstan dövləti və xalqı İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərin dirçəldilməsi prosesində Azərbaycanın yanında olduğunu əməli şəkildə nümayiş etdirib. Qazaxıstan hökumətinin təşəbbüsü və maliyyə dəstəyi ilə Füzuli şəhərində Uşaq Yaradıcılıq Mərkəzi inşa olunur. Bu mühüm layihə təkcə tikinti deyil, iki dost və qardaş xalq arasında sarsılmaz dostluq və həmrəyliyin rəmzi kimi dəyərləndirilir.

Füzuli rayonunda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma tədbirləri çərçivəsində ölkə rəhbərliyinin yerli ictimaiyyətlə mütəmadi görüşləri xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin iştirakı ilə Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşlər həm dövlət–vətəndaş birliyinin parlaq nümunəsi, həm də bölgənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma rolunu oynayır. Bu görüşlərdə rayonun sosial-iqtisadi inkişaf prioritetləri, əhalinin mərhələli şəkildə doğma yurdlarına qayıdışı, infrastrukturun qurulması, kənd təsərrüfatı və sənaye potensialının bərpası, həmçinin məşğulluq və sosial rifah məsələləri geniş müzakirə olunur.

İctimaiyyət nümayəndələri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə edir, Füzulinin yeni inkişaf mərhələsində fəal iştiraklarını vurğulayırlar. Bu proses təkcə binaların tikilməsi deyil, həm də milli kimliyimizin, mədəni irsimizin, tariximizin yenidən dirçəlməsi deməkdir. Qarabağın hər guşəsində Azərbaycan bayrağı dalğalanır, milli ruh yüksəlir, tarixi ədalət bərpa edildi. Bu qürurlu tarix şəhidlərimizin canı, qazilərimizin qanı bahasına yazılıb. Azərbaycan xalqı qəhrəman oğullarını heç vaxt unutmayacaq. Onların şücaəti sayəsində bu gün Füzuli azaddır, Qarabağda həyat yenidən başlayır. Füzuli rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Silahlı Qüvvələrimizin 25 mindən artıq hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunub. Bu gün işğaldan azad olunmuş Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Görülən işlər nəticəsində oranın yerli sakinləri artıq öz doğma yurdlarına əbədi olaraq dönüşün sevincini yaşayırlar. Füzuli şəhəri günü artıq Azərbaycan tarixinin silinməz səhifəsinə çevrilib.

Bu gün yalnız bir şəhərin azad edilməsinin deyil, həm də milli birliyimizin, dövlətimizin qüdrətinin və xalqımızın əyilməz iradəsinin təntənəsidir. Azərbaycan dövləti bu tarixi Qələbəni əbədi yaddaşlara həkk edir və gələcək nəsillərə vətənpərvərlik nümunəsi kimi ötürür. Bu torpaqlarda artıq sülh, inkişaf və firavanlıq hökm sürür.

DİGƏR Xəbərlər Arxiv