Xəbərlər
Dövlət müstəqilliyi xalqımızın qürur mənbəyidir

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının, Göygöl Rayon İcra Hakimiyyətinin (RİH) və Gənclər Evinin birgə təşkilatçılığı ilə 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş dəyirmi masa keçirilib.
Göygöl Rayon Gənclər Evində keçirilən tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, RİH başçısının müavini Kəmalə İbrahimova, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, TİAHİ Göygöl rayon şöbəsinin sədri Elnur Hacıyev, QƏQİB Göygöl rayon filialının sədri Araz Abbasov, təhsil işçiləri, ziyalılar və gənclər iştirak ediblər.
Əvvəlcə Gənclər Evinin foyesində Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin çıxışları, şagirdlərin əl işləri və “İrəvan rəqs qrupu”nun ifaları təqdim olunub.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və RİH başçısının müavini Kəmalə İbrahimova çıxış edərək ölkəmizin müstəqillik tarixi barədə geniş məlumat veriblər.
Dəyirmi masada, həmçinin Elnur Hacıyevin, Rüxsarə Atayevanın məruzələri dinlənilib, natiqlərdən Araz Abbasov, Zəhra Zeynalova, Aytac Abbasova, Kəmalə Nəhmədova və digərləri çıxış ediblər.
Tədbirdə 18 oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərə YAP Göygöl rayon təşkilatı tərəfindən təşəkkürnamə və hədiyyələr təqdim olunub.