YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

"Müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcı”

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 22-ci ildönümü münasibətilə "15 Oktyabr – Müstəqil Azərbaycanın yeni inkişaf mərhələsinin başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Daha sonra Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətin 22 ilindən bəhs edən videoçarx nümayiş edilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər və Ağdərə rayonları üzrə Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi Anar Əsgərov, Rayon Mədəniyyət Mərkəzi ərazi partiya təşkilatının sədri Ceyhun İsmayılzadə, Dövlət Aqrar İnkişaf Mərkəzinin ərazi partiya təşkilatının sədri Mehman Babayev, Əskipara ərazi partiya təşkilatının sədri Elvin Məhərli və Tərtər şəhər 2 nömrəli məktəb-liseyin direktoru Gülarə Əkbərova çıxış ediblər.

Çıxışlarda qeyd olunub ki, 2003-cü il 15 oktyabrda keçirilən prezident seçkilərində xalqın böyük etimadını qazanan cənab İlham Əliyev prezident seçilməklə ölkənin müasir inkişaf mərhələsinin əsasını qoydu. Ötən 22 ilin ən böyük nailiyyəti Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən 44 günlük Vətən müharibəsi və Qarabağ Zəfəridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizi qalib dövlətə, xalqımızı qalib xalqa çevirdi. Bu Qələbə ilə regionda yeni geosiyasi reallıqlar formalaşdı. Bu gün Azərbaycanın iqtisadiyyatı sürətlə inkişaf edir, sosial proqramlar uğurla icra olunur, regionda həyata keçirilən bütün beynəlxalq layihələr Azərbaycanın aktiv iştirakı ilə reallaşdırılır. Xalqın İlham Əliyevə verdiyi səs Heydər Əliyev ideyalarına sədaqətin və Azərbaycanın gələcəyinə olan inamın göstəricisidir.