YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirvanda şahmat turniri keçirilib

“Konstitusiya və Suverenlik İli şərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatı və Şirvan şəhər Uşaq Gənclər Şahmat İdman Məktəbi PHŞ-nin birgə təşkilatçılığı ilə şahmat məktəbinin müəllimləri arasında şahmat turniri keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin tarixi və siyasi əhəmiyyətindən danışıb. O, hüquqi dövlət quruculuğu prosesində Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs edib.

Zahir Qəhrəmanov çıxışında qeyd edib ki, 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin əsas dayaqlarından biridir və bu sənəd ölkəmizin siyasi, iqtisadi və hüquqi inkişafının mühüm təməlini təşkil edir. O, həmçinin torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün tam bərpa olunmasının Azərbaycanın suverenlik tarixində yeni mərhələ açdığını vurğulayıb. Qeyd edib ki, bu möhtəşəm Zəfər Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın birliyi, ordumuzun qəhrəmanlığı və Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursuna sədaqətin nəticəsidir.

Daha sonra Şirvan şəhər Uşaq Gənclər Şahmat İdman Məktəbinin direktoru Ramil Tağıyev çıxış edərək müəllimlər arasında keçirilən bu yarışın həm intellektual bacarıqların inkişafına, həm də sağlam rəqabət mühitinin formalaşmasına xidmət etdiyini bildirib.

Çıxışlardan sonra turnir açıq elan olunub. 40 müəllimin iştirak etdiyi turnirdə qaliblər fəxri fərmanla mükafatlandırılıb.

DİGƏR Xəbərlər Arxiv