YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər rayon təşkilatı tərəfindən Goranboy rayonunda fəaliyyət göstərən 28 nömrəli Kəlbəcər rayon tam orta məktəbində “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.

Tədbir Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov çıxış edərək bildirib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunması təsadüfi qərar deyil. Bu il Azərbaycan Respublikasının Konstitusiyasının qəbulunun 30-cu ildönümü və İkinci Qarabağ müharibəsində qazanılmış tarixi Zəfərin 5-ci ildönümü ilə eyni vaxta təsadüf edir. Bu iki böyük hadisə dövlətçiliyimizin möhkəmliyinin, xalqımızın birliyinin və sarsılmaz iradəsinin təntənəsidir.

Həbib Misirov qeyd edib ki, qazanılmış tarixi nailiyyətlər Ulu Öndər Heydər Əliyevin dövlətçilik xəttinin və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir.

Tədbirdə məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Vüqar Əmrahov, qocaman pedaqoqlar Sahibə Xəlilova, Cəlil Orucov, Kifayət Səmodova və digərləri də ərazi bütövlüyümüzün tam bərpa edilməsi və dövlət suverenliyimizin təmin olunmasının əhəmiyyətindən danışıblar.

Qeyd olunub ki, artıq Kəlbəcərə qayıdış prosesi həyata keçirilib, ailələr doğma yurda köçür və yeni məktəb fəaliyyətə başlayıb. Bu hadisə yalnız bir təhsil ocağının açılışı deyil, bu, inkişafın və böyük Qayıdışın rəmzidir.

Tədbirin sonunda bir qrup təhsil işçisinə YAP Kəlbəcər rayon təşkilatı tərəfindən fəxri fərmanlar təqdim olunub.

DİGƏR Xəbərlər Arxiv