Xəbərlər
Milli Məclisin deputatı Xanlar Fətiyev Bərdədə seçicilərlə görüşüb

Milli Məclisin deputatı Xanlar Fətiyev Bərdə rayonunun Kətəlparaq və Piyadalar kəndlərində seçicilərlə görüş keçirib.
Görüşdə seçicilərin müraciətləri dinlənilib, qaldırılan məsələlərin bir qismi qanunvericiliyin tələblərinə müvafiq olaraq yerindəcə həllini tapıb, digərləri isə aidiyyəti qurumlara yönləndirilib.
Millət vəkili Xanlar Fətiyev, həmçinin ərazidə yerləşən şəhid Qabil Bayramov adına Piyadalar kənd ümumi orta məktəbində və Piyadalar kənd uşaq bağçası - körpələr evində olub, oradakı şəraitlə tanış olub, müəllim və şagird kollektivi ilə görüşüb.