YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bizim ailəmiz Türk dünyasıdır

Nazimə Şamıyeva

YAP Füzuli rayon təşkilatının sədri

2025-ci ilin oktyabrın 7-də qədim Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü böyük təntənə ilə keçirildi. Hər zaman qeyd etdiyimiz kimi, keçirilən tədbir mahiyyəti ilə yanaşı, məkanı ilə də diqqətdə olur. Doğma Şuşadan sonra TTD-nin təbirinə ev sahibliyi edən Qəbələson günlər  dünyanın diqqət mərkəzində oldu.

Zirvə görüşündə Azərbaycan Prezidenti cənab  İlham Əliyev çıxış edərək dedi: «Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir.» Xatırladaq ki Azərbaycan dövləti TDT-nin işinə dəstək məqsədilə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə köçürüb.

Məlumdur ki, daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, nəqliyyat-logistika sahəsində böyük imkanlar, təbii resurslar, habelə hərbi və hərbi-texniki sahədə artan potensial TDT-ni qlobal arenada vacib aktora çevirir. Zirvə Görüşünün əsas hədəfi «Regional sülh və təhlükəsizlik» olduğundan burada liderlər tərəfindən Türk dünyasının gələcək inkişaf istiqamətləri, ortaq strateji maraqları və birgə fəaliyyət mexanizmləri müzakirə olunurdu.

Qeyd edək ki, TDT 2009-cu ildə Naxçıvanda imzalanmış tarixi Naxçıvan Müqaviləsi ilə rəsmi şəkildə təsis olunsa da, onun ideyası türkdilli xalqlar arasında əsrlərlə formalaşan siyasi, mədəni və hərbi həmrəyliyə söykənir. Məlumdur ki, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan qurucu dövlətlər olublar Özbəkistan  sonradan 2019-cu ildə üzv qəbul edilib. Şərqi Avropa ölkəsi olan Macarıstan (2018), Türkmənistan (2021) və Şimali Kipr Türk Respublikası (2022) müşahidəçi üzv qəbul olunublar.  Eyni zamanda, 2023-cü ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatına TDT-nin müşahidəçi statusu verilib.

Ölkəmiz TDT-nin ən fəal və strateji cəhətdən əhəmiyyətli üzvü olaraq həm təşkilatın yaradılmasında, həm də onun inkişafında aparıcı rola malik olub. Azərbaycan Prezidenti İlham Əliyev bu barədə deyib: «Bizim üçün TDT əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır.»

Müzəffər Ali Baş Komandanımızın bu fikirləri prezident seçkilərində inamlı qələbəsindən sonra 2024-cü il fevralın 14-də keçirilən andiçmə mərasimində səsləndirərək, Azərbaycanın Türk dünyası ilə bağlı mövqeyini bütün dünyaya çatdırdı. Birliyin digər üzvləri də təsdiq edirlər ki, Azərbaycan bu birlikdə lokomotiv funksiyasını yerinə yetirir. Ölkəmiz təşkilat çərçivəsində siyasi təşəbbüslərlə çıxış edir, yeni əməkdaşlıq sahələri yaradır və ortaq layihələrin maliyyələşdirilməsində, idarə olunmasında fəal iştirak edir. Prezident İlham Əliyevin təşəbbüsləri TDT-nin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirib. Məhz bu təşəbbüslər nəticəsində TDT formal birlikdən real təsir gücünə malik beynəlxalq təşkilata çevrilib. Bəli, məhz bu səmimi fikirlər və təşəbbüslər bir daha göstərir ki, ölkəmizin TDT-yə verdiyi mənəvi və strateji dəyər böyükdür.

Burada daha bir önəmli məsələyə diqqət yetirmək lazımdır. Belə ki, 2024-cü ilin iyulunda Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü və qəbul edilmiş Qarabağ Bəyannaməsi Azərbaycanın  liderlik missiyasını və TDT-nin vahid siyasət mexanizminə ehtiyac duyduğunu bir daha göstərdi. Ölkəmizin başçısı sözügedən  Zirvə Görüşü zamanı bəyan etmişdi ki, bu təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməli, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır.

Təbii k, bu tarixi bəyanat türk dövlətlərinin qarşısında yeni inkişaf hədəfləri təyin etdi. Həmçinin 2024-cü ilin noyabrında Bişkekdə keçirilən XI Zirvə Görüşü və 2025-ci ilin mayında Budapeştdə baş tutan qeyri-rəsmi Zirvə də təşkilatın dinamik inkişafına mühüm töhfə verib. Budapeşt görüşü əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı.

TDT-nin güclənməsi ona görə zəruridir ki, indiki müharibələr və münaqişələr dövründə güclü və etibarlı müttəfiqlərə malik olasan. Ona görə də Prezident İlham Əliyev Zirvə Görüşündəki çıxışında bu məqamı xüsusi vurğuladı ki, bu gün sülh və təhlükəsizlik hər bir ölkənin inkişafı üçün əsas amildir.

Təşkilatın təməl sənədi olan Naxçıvan Sazişində sülhün qorunması və təhlükəsizlik əsas məqsəd və vəzifələr sırasında yer alıb. Dünyanın üzləşdiyi hazırkı geosiyasi və təhlükəsizlik çağırışları fonunda, ötən il Şuşada qeyri-rəsmi Zirvə Görüşü zamanı qəbul edilmiş Qarabağ Bəyannaməsinə və bugünkü Zirvə Görüşünün «Regional sülh və təhlükəsizlik» mövzusuna uyğun olaraq, türk dövlətlərinin vahid güc mərkəzi kimi çıxış etməsi olduqca vacibdir.

DİGƏR Xəbərlər Arxiv