YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nərimanov rayonunda Beynəlxalq Müəllimlər Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı və Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir təşkil olunub.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev, YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev, Milli Məclisin deputatları - YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu, Samir Vəliyev, Ceyhun Məmmədov, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Rauf Orucov, YAP Mərkəzi Aparatının şöbə müdirinin müavini Rəfael Gülməmmədov, Məktəb Lisey Kompleksinin direktor müavini Gülər Rəsulova çıxış ediblər.

Çıxış edənlər müəllimlik peşəsinin cəmiyyət üçün böyük məsuliyyət daşıyan ali bir missiya olduğunu deyiblər.

Qeyd olunub ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan təhsil strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Sonra təhsilin inkişafında xidmət göstərən bir qrup müəllimə fəxri fərman verilib.

Tədbir bədii hissə ilə davam edib.