YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ordusunun möhtəşəm qələbəsi

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

4 oktyabr 44 günlük İkinci Qarabağ müharibəsində dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun əks-hücum əməliyyatı nəticəsində  Cəbrayıl şəhərinin və rayonun 9 kəndinin  düşmən tapdağından azad olunduğu gündür. Artıq beş  ildir ki, qürurla torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edirik. Dövlətimizin başçısı İlham Əliyev Zəfərimizin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncam imzaladı. Həmin sənədə əsasən, 4 oktyabr Cəbrayıl Şəhəri Günüdür.

30 illik işğala 44 gündə son qoyulması, ərazi bütövlüyümüzün bərpa edilməsi Azərbaycanın malik olduğu imkanların təqdimatında mühüm rol oynadı. Bir daha sübut edildi ki, Ermənistan heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. Ermənilərin və erməni lobbisinin illərdir yaratdıqları “güclü ordu”, “məğlubedilməz xalq” mifləri tamamilə dağıdıldı. Dünya bir daha gördü ki, ən güclü ordu Azərbaycan Ordusu, ən məğlubedilməz, yenilməz xalq Azərbaycan xalqıdır.

Siyasəti ədalətə, beynəlxalq hüquqa əsaslanan, tarixi faktlara söykənərək həqiqətlərini təbliğ edən ölkə qalib olur. Azərbaycan bu reallığı təsdiqlədi.  Baxmayaraq ki, dünyanın ikili standartlara əsaslanan siyasətinə arxalanan Ermənistan kimi özünə saxta tarix yazan dövlət yalanın həqiqət üzərində qələbəsinin mümkünlüyünü  təsdiqləməyə cəhd edirdi. Mənfur düşmən   44 günlük İkinci Qarabağ müharibəsində belə bir  düşüncənin reallıqdan nə qədər uzaq olduğunu bir daha  gördü.

Azərbaycanın döyüş meydanında, informasiya cəbhəsində üstünlüyü qazanmasında Qarabağ münaqişəsi ilə bağlı möhkəm hüquqi bazanın mövcudluğu mühüm rol oynadı. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində  Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin  işğal altında olan torpaqlarımızı qeyd-şərtsiz tərk etmələri öz əksini tapıb.  Bu qətnamələr 27 il icrasını gözləyə-gözləyə kağız üzərində saraldı.

Keçilən yola nəzər salmağımız ssəbəbsiz deyil. Göründüyü kimi,  Azərbaycanın öz torpaqlarını istənilən yolla azad etmək imkanları olmaqla yanaşı, möhkəm hüquqi baza  mövcud idi. Məhz bu imkanlar Azərbaycan Ordusunu 44 günün hər gününü tariximizə qələbə səhifəsi kimi yazmasına yol açdı. Cəbrayıl azad edilən ilk şəhərdir. Cəbrayıl rayonu da digər torpaqlarımız kimi erməni vəhşiliklərinə şahidlik edir. 27 ildə  rayon tamamilə dağıdılıb, evlər, tarixi və dini abidələrimiz  yerlə-yeksan edilib. Şəhər və kəndlərimiz məhz işğal dövründə bu vəhşiliklərlə üz-üzə olub. Tarixi Zəfərimizdən sonra bu torpaqlara səfər edən hər kəs gördükləri mənzərələrdən heyrətlərini gizlədə bilmir.  

Cəbrayılın işğal tarixinə və həmin müddətdə üz-üzə qaldığı erməni vandalizminin nəticələrinə nəzər salaq. Rayon 1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilib. Erməni vandalları işğal etdikləri bütün digər ərazilərdə olduğu kimi, Cəbrayıl şəhərini, eləcə də rayonun kəndlərini dağıdıb, mədəni, tarixi, dini abidələrimizi, qəbiristanlıqları viran qoyub, ekoloji terror törədib və bir çox misli görünməmiş talançılıq və vandalizm aktları həyata keçiriblər.

Cəbrayıl rayonunun işğaldan azad edilməsi  Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb. Ümumilikdə Cəbrayılın azad olunması Orumuzun döyüş ruhunun daha da artmasında öz sözünü dedi. Belə ki, İkinci Qarabağ müharibəsinin ilk günü Füzulinin 4, Cəbrayılın iki kəndi işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci ildə  Cəbrayılın ictimaiyyət nümayəndələri ilə görüşündə bu dövrü belə xarakterizə etmişdir ki, müharibənin ilk günündə Füzulinun 4, Cəbrayılın 2 kəndinin işğaldan azad edilməsindən sonra  bir həftə ərzində şiddətli döyüşlər getdiyi zaman hər hansı bir yeni yaşayış məntəqəsini azad etmək mümkün olmamışdır. Yəni, müharibənin obyektiv gedişatı bunu diktə edirdi və oktyabrın 3-də Suqovuşan qəsəbəsi və Talış kəndi, eyni zamanda, Cəbrayıl rayonunun bir neçə kəndi işğalçılardan azad edildi. Bu, Ordumuza əlavə mənəvi güc verdi.

İkinci Qarabağ müharibəsində Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 90 kənd işğaldan azad edildi.

2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edildi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22797 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

44 günlük İkinci Qarabağ müharibəsində olduğu kimi, postmüharibə dövründə  də xalqımız öz tarixinin şərəfli, qürurlu, unudulmaz günlərini yaşayır. Sahibinə qovuşan torpaqlarımızda həyat qaynayır. Genişmiqyaslı bərpa-quruculuq işləri tariximizin qızıl səhifələrindən olan Böyük Qayıdışı daha da sürətləndirir.

DİGƏR Xəbərlər Arxiv