YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə şəhidlərin xatirəsi anılıb

Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Yeni Qızılca ərazi partiya təşkilatında 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, ərazi partiya təşkilatının sədr müavini Yeganə İsgəndərova və digərləri çıxış edərək 27 Sentyabr - Anım Gününün Azərbaycan xalqı üçün şərəf və qürur günü olduğunu bildiriblər. Qeyd olunub ki, bu tarix Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini yad etmək və onların fədakarlığını gələcək nəsillərə çatdırmaq baxımından böyük mənəvi əhəmiyyət daşıyır. Natiqlər 2020-ci ilin sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsi zamanı ordu və xalq birliyi, dövlətin gücü və Müzəffər Ali Baş Komandanın qətiyyətli rəhbərliyi ilə tarixi ədalətin bərpa olunduğunu vurğulayıblar. “Xalq bundan sonra müzəffər xalq, dövlət isə qalib dövlət kimi əbədi yaşayacaq”.

Tədbirdən sonra şəhid ailələri ziyarət olunub.