Xəbərlər
Tərtərdə şəhid ailələri ziyarət olunub
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının nümayəndələri “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon ərazisində yaşayan bir qrup şəhid ailəsini ziyarət edib, onların qayğıları ilə maraqlanıblar.
Qeyd olunub ki, artıq bütün şəhidlərimizin ruhu şaddır. Onların uğrunda can verdikləri torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tərəfindən işğaldan azad edilib. Ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam şəkildə təmin olunub.
