YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami rayonunda “Yay məktəbi”nin bağlanış mərasimi keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı və “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin gəncləri və könüllülərinin birgə təşkil etdiyi “Yay məktəbi”nin bağlanış mərasimi keçirilib.

Tədbirdən əvvəl iştirakçılar “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Eko Park İnnovasiya Mərkəzinə ekskursiya edərək müəssisənin fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra “Yay məktəbi” iştirakçılarının əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə müasir müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra “Yay məktəbi”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, YAP Gənclər Birliyi sədrinin müavini Sevinc Qasımova, “Türk Ağsaqqalları arasında Əlaqələrin İnkişafı” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini Eyvaz Hünbətov, “Yay məktəbi”nin fəal iştirakçısı, Azərbaycan Dillər Universitetinin tələbəsi Fəxriyyə Mirzəyeva, YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və digər çıxış edənlər gənclər siyasətinin uğurlarından, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu Azərbaycançılıq ideologiyasının gənc nəslin formalaşmasındakı rolundan və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətindən bəhs ediblər.

Natiqlər bildiriblər ki, Vətən müharibəsində və sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunması uğrunda qəhrəmanlıq göstərən gənclər ölkəmizdə vətənpərvərlik ruhunun, milli həmrəyliyin və dövlətə bağlılığın bariz nümunəsini ortaya qoyublar. Qeyd olunub ki, bu kimi layihələr gənclərin bilik və bacarıqlarının artırılması, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda yetişməsi və ictimai fəallığının gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Çıxışlardan sonra “Yay məktəbi”ni uğurla başa vuran iştirakçılara sertifikatlar təqdim edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv