YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Bərdədə partiya veteranları ilə görüş keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatında "Konstitusiya və Suverenlik İli" çərçivəsində yubileyi tamam olan YAP veteranları ilə görüş keçirilib.

Görüşdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya partiya veteranlarını 70 və 80 illik yubileyi münasibətilə təbrik edib. F.Şadlinskaya vurğulayıb ki, onlar rayon təşkilatının ilk üzvləri olaraq Ulu Öndər Heydər Əliyev ideyalarına inam və ehtiramlarını nümayiş etdirib, daim öz xidmətləri ilə partiyaya sədaqət və baglılıq nümunəsi göstəriblər.

YAP veteranları - 80 yaşlı Xankişi Əhmədov və 70 yaşlı Məcid Behbudov Ulu Öndər Heydər Əliyevin yaratdığı partiyanın üzvü olmaqdan qürur duyduqlarını bildirərək öz xatirələrini bölüşüblər. Onlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı böyük qələbələrlə fəxr etdiklərini qeyd ediblər.

Görüş çərçivəsində YAP Bərdə rayon təşkilatı tərəfindən veteranlara fəxr fərman və hədiyyələr təqdim edilib.

Sonda veteranlarla xatirə şəkli çəkdirilib.