YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Hacıqabul rayonunda Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib

Hacıqabul rayonunda 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov bildirib ki, 20 sentyabr – Dövlət Suverenliyi Gününün əhəmiyyətinə toxunublar. Qeyd edilib ki, hər bir xalq üçün öz siyasi və mədəni taleyinə sahib çıxmaq, müstəqil dövlət qurmaq və onu inkişaf etdirmək böyük nailiyyətdir. Azərbaycan xalqı tarix boyu qarşılaşdığı iqtisadi, siyasi və hərbi çətinliklərə baxmayaraq, müstəqillik uğrunda mübarizəsini davam etdirmiş, heç bir qüvvə onun bu əzmini sarsıda bilməmişdir.

Natiqlər 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycanın Qarabağ iqtisadi rayonunda düşmənin qanunsuz fəaliyyət göstərən təxribat-diversiya qruplarına qarşı həyata keçirilən lokal antiterror əməliyyatlarından bəhs ediblər:  “Cəmi 23 saat davam edən bu əməliyyat nəticəsində düşmən nəzarətində olan ərazilər azad olunub və ölkənin suverenliyi tam bərpa edilib”.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamı ilə hər il 20 sentyabrın Dövlət Suverenliyi Günü kimi qeyd olunması qərara alınıb. Bu tarixin rəsmi təqvimə daxil edilməsi həm 2020-ci ildəki 44 günlük Vətən müharibəsindəki Qələbənin, həm də 2023-cü ildə həyata keçirilən antiterror tədbirlərinin strateji əhəmiyyətini bir daha nümayiş etdirir.

Tədbirdə, həmçinin Daxili Qoşunların hərbi hissəsinin Tərbiyə bölməsinin rəisi Ramin Əhmədov, 4 saylı tam orta məktəbin tarix müəllimi Xəyalə Əfəndiyeva və Vətən müharibəsi iştirakçısı, 6 saylı tam orta məktəbin psixoloqu Salman Mirzəzadə də çıxış ediblər. Vurğulanıb ki, xalqımızın müstəqillik və dövlətçilik uğrunda əsrlərlə davam edən mübarizəsi bu gün öz bəhrəsini verib, Azərbaycan Respublikasının üçrəngli Dövlət Bayrağı bütün suveren ərazilərimizdə qürurla dalğalanmaqdadır. Bu müstəqillik və ərazi bütövlüyü qəhrəman şəhidlərimizin və qazilərimizin fədakarlığı sayəsində əldə olunmuş ən qiymətli milli sərvətdir.