YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaqatalada şəhidlərin xatirəsi dərin ehtiramla yad olunub

Milli Məclisin deputatı Asif Əsgərov Zaqatala rayonunun Suvagil kəndində Vətən müharibəsi şəhidi Elvin Qədirovun xatirəsinə həsr olunmuş anım tədbirində iştirak edib.

Tədbirdə Elvin Qədirovun döyüş yolundan, Vətən torpaqlarının azadlığı uğrunda göstərdiyi şücaətdən və Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsindən bəhs edilib. Şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, ruhlarına dualar oxunub.

Anım tədbiri çərçivəsində ehsan süfrəsi təşkil edilib, şəhidlərin Vətən uğrunda göstərdikləri fədakarlığın xalqımızın yaddaşında əbədi yaşayacağı bildirilib.

Daha sonra Milli Məclisin deputatı Asif Əsgərov şəhid ailələrinin üzvləri və qazilərlə görüşərək onların qayğıları ilə maraqlanıb. Görüşdə millət vəkili 44 günlük Vətən müharibəsində misilsiz şücaət göstərən şəhidlərin həyat və döyüş yolunun gənc nəsil üçün örnək olduğunu bildirib. O, rəşadətli Azərbaycan Ordusunun Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad edərək tarixi Zəfər qazandığını qeyd edib.

Şəhidlərin ailə üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv