YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Şanlı tariximizin parlaq səhifəsi”

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qusar rayon təşkilatının nəzdində fəaliyyət göstərən “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərsləri çərçivəsində “Şanlı tariximizin parlaq səhifəsi” mövzusunda növbəti məşğələ baş tutub.

Rayon məktəblərinin yuxarı sinif şagirdlərinin iştirak etdiyi məşğələdə çıxış edən YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəslə aşılanmasının vacibliyindən danışıb. O, bu cür maarifləndirici dərslərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq, 20 sentyabr 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin ölkəmizin iqtisadi inkişafında oynadığı mühüm rolu xüsusi qeyd edib. Rayon təşkilatının sədri bildirib ki, həmin tarix rayon həm də “Suverenlik Günü” kimi qeyd olunur və bu günün rəmzi mənası Qarabağın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin işğaldan azad edilməsi ilə daha da möhkəmlənib.

Tədbirdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Kamran Sədullayev ölkəmizin müstəqilliyinin qorunması və möhkəmləndirilməsi yolunda gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının önəmini vurğulayıb.

Məruzəçilər Neva Abdurahmanova, Rauf Minhacov və Bahəddin Osmanov çıxış edərək Azərbaycanın neft strategiyası, əldə olunan iqtisadi nailiyyətlər, dövlətçilik ənənələrinin gənc nəslə çatdırılması istiqamətində görülən işlər barədə geniş məlumat veriblər. Sonra şagirdlərin sualları cavablandırılıb.

Məşğələ çərçivəsində iştirakçılar rayon Heydər Əliyev Mərkəzinin muzey bölməsinə ekskursiya ediblər. Burada “Ulu Öndər Heydər Əliyev və Əsrin müqaviləsi” mövzusunda təqdim edilən fotoeksponatlar əsasında şagirdlərə ətraflı məlumat verilib.