YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük imkanlar, yeni hədəflər

Vahid Əliyev

YAP Xocalı rayon təşkilatının sədri

2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törətdi.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 20 sentyabr 2023-cü il tarixli müraciəti olduqca tarixi bir dövrü, Azərbaycan ərazisində 30 ildən artıq fəaliyyət göstərən erməni separatçılığının, silahlı quldur dəstələrinin zərərsizləşdirildiyi bir dövrü əhatə edirdi. Cənab Prezident xalqımıza qarşı ermənilər tərəfindən aparılmış məkrli siyasətdən, təcavüz və terror aktlarından, torpaqlarımızın 20%-dən çox hissəsinin işğal edilməsindən Ermənilərin sülh yolu ilə işğal altında olan torpaqlarımızı azad etməkdən imtina etmələrindən, havadarlarının köməkliyi ilə əbədi olaraq torpaqlarımızı işğal altında saxlaya biləcəklərinə ümid etdiklərindən, 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi möhtəşəm Qələbədən və son antiterror əməliyyatının keçirilməsi zərirətindən ətraflı bəhz etdi və bildirdi ki, Qarabağda mövcud olan silahlı quldur dəstələrinə və ərazidə fəaliyyət göstərən xumta rejiminə yetərincə vaxt və fürsət verildi ki, düzgün qərar qəbul etsinlər. Lakin onlar üçün yaradılmış bu şəraiti düzgün qiymətləndirərək Azərbaycanın qanunlarına tabe olmaq, silahı yerə qoymaq əvəzinə Ermənistandan Yeni silahlar tədarük etməyə, Azərbaycan xalqına qarşı yeni-yeni terror əməllərini törətməyə üstünlük verdilər.  2021-ci il istehsalı olan minaları Ermənistandan gətirərək 300-dən artıq insanımızı mina partlayışının qurbanına çevirdilər.

10 noyabr tarixli Üçtərəfli Bəyannamənin tələblərinə məhəl qoymayaraq bölgədə qanunsuz fəaliyyətlərini davam etdirdilər. Dəfələrlə onlara xəbərdarlıq edildi ki, qanunazidd fəaliyyətlərindən əl çəksinlər, Azərbaycanın qanunlarına tabe olsunlar.  Əksinə Azərbaycanın mərkəzi hakimiyyəti ilə danışıqlardan imtina etdilər. Bu azmış kimi qondatma quruma, qondarma seçkilər keçirdiklərini, qondarma qurumun “müstəqillikləri”nin il dönümünü qeyd etmələri barədə sərsəm bəyanatlarla çıxış etdilər. Sentyabrın 19-da Azərbaycan Avtomobil Yolları Agentliyinin 2 nəfər və 4 nəfər polis əməkdaşına qarşı törədilmiş terror hadisəsi Azərbaycanın səbr kasasını daşdırdı və antiterror əməliyyatı keçirilməsi barədə qərar qəbul edildi.  Cəmi bir gün davam edən antiterror əməliyyatı nəticəsində 90-dən artıq terror yuvası məhv edildi və çoxsaylı terrorçular zərərsizləşdirildi. Müzəffər Azərbaycan Ordusu qarşısında müqavimət göstərməyin mümkün olmadığını anlayan terrorçular və xunta rejimi ağ bayaraq qaldıraraq təslim olduqlarını bəyan etdilər. Sözün dilindən anlamayan erməni quldurları “Dəmir yumruq”un dili ilə başa salındı.