YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xocavənd qəsəbəsində Dövlət Suverenliyi Günü qeyd olunub

Xocavənd qəsəbəsində Dövlət Suverenliyi Günü və Xocavənd Şəhəri Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə şəhidlərin məzarları önünə gül dəstələri qoyulub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası (YAP) Xocavənd rayon təşkilatının sədri Vüsal Hüseynov, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov və digərləri 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatı ilə Azərbaycanın konstitusiya quruluşunun bütün ərazilərdə bərpa edildiyini deyiblər. Qeyd olunub ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması qərarı Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu bir daha təsdiq edib.

Tədbir Salakətin kənd tam orta məktəbinin şagirdlərinin hazırladığı bədii-kompozisiya ilə davam edib.