YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Azərbaycanın Suverenliyi: Tarixi Zəfərlərdən hüquqi təminatlara və strateji hədəflərə doğru”

Göygöl rayonunda 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə “Azərbaycanın Suverenliyi: Tarixi Zəfərlərdən hüquqi təminatlara və strateji hədəflərə doğru” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Kəmalə İbrahimova, Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Şəhriyar kənd orta məktəbinin direktoru Anar Rzayev, QƏQİB Göygöl rayon filialının sədri Araz Abbasov, YAP fəalları Seymur Əsgərov, Dünyəvi Məmmədova, Kəmalə Mirzəyeva və digərləri çıxış ediblər.

Çıxışlarda Dövlət Suverenliyi Gününün təsis edilməsinin Azərbaycan xalqının tarixində mühüm əhəmiyyət kəsb edən bir hadisə olduğu qeyd olunub.

Vurğulanıb ki, Azərbaycanın dövlət suverenliyi 2020-ci ilin 44 günlük Vətən müharibəsi nəticəsində bərpa edilib. Bu müharibədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu məğlub edərək, tarixi Zəfər qazandı. 2023-cü ilin sentyabrında isə Qarabağda baş verən təxribatlar nəticəsində Azərbaycan ordusu lokal antiterror əməliyyatı keçirib və bu əməliyyatla Azərbaycanın suverenliyi tam şəkildə təmin olunub.

Tədbirin sonunda suverenlik tariximizə həsr olunmuş videoçarx nümayiş olunub.

DİGƏR Xəbərlər Arxiv