Xəbərlər
Şəkidə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Şəki rayon təşkilatı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının birgə təşkilatçılığı ilə universitetin akt zalında “Konstitusiya və Suverenlik İli” çərçivəsində 20 Sentyabr - Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.
YAP Şəki rayon təşkilatının sədri Daşqın Mikayılov, Şəki Dövlət Pedaqoji Universitetinin direktor müavini Nurəli Çələbiyev 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunduğunu və 2023-cü ilin sentyabrında baş verən antiterror əməliyyatı ilə suverenliyin tam bərpa olunduğunu vurğulayıblar. Qeyd olunub ki, 2024-cü ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsində məqsəd hüquqi dövlət prinsiplərini və suverenlik ideyasını daha geniş şəkildə təbliğ etməkdir.
Natiqlər Ulu Öndərin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən yeni nailiyyətlərlə davam etdirildiyini vurğulayıblar. Qeyd olunub ki, Azərbaycan regionda iqtisadi güc mərkəzinə çevrilib, ölkənin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.
Universitetinin Şəki filialının üçüncü kurs tələbəsi Yavər Əhmədli Azərbaycanın dövlət suverenliyinin bərpasının gənclərin inkişafı üçün strateji əhəmiyyət daşıdığını vurğulayıb.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına qoşulanlara üzvlük vəsiqələri verilib.