Xəbərlər
Bir qrup alim Prezidentin fərdi təqaüdünə və fəxri diplomuna layiq görülüb
Prezident İlham Əliyev bir qrup alimə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi və Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarından bir qrupunun Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilməsi haqqında Sərəncamlar imzalayıb.
Sərəncamlara əsasən, Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə 8 nəfər Prezidentin fərdi təqaüdünə, 7 nəfər isə Prezidentin fəxri diplomuna layiq görülüb.