YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xoşbəxt Yusifzadə: Azərbaycan ilin əvvəlindən bəri AÇG-dən 17 milyon ton mənfəət nefti əldə edib

Bu ilin 10 ayında “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 26 milyon ton neft və 10 milyard kubmetr qaz hasil edilib. Həmin neftin 17 milyon tonu, yəni 65 faizi mənfəət nefti kimi Azərbaycanın payına düşüb.

Bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə Bakıda keçirilən illik Xəzər texniki konfransındakı çıxışında məlumat verib. Akademik bildirib ki, işlənmənin əvvəlindən bu il noyabrın 1-dək “Azəri-Çıraq-Günəşli” yataqlar bloku üzrə 380 milyon ton neft və 714 milyard kubmetr qaz hasil edilib. Bu il noyabrın 1-dək dünya bazarlarında Azərbaycanın payına düşən 209 milyon ton mənfəət nefti satılıb.

AÇG-dəki 85 işlək quyudan hazırda gündəlik təxminən 87 min tondan artıq neft və 33 milyon kubmetrdən çox qaz hasil edilir.