Xəbərlər
Prezident İlham Əliyev Vladimir Feketenin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Vladimir Feketenin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xidmətlərinə görə Vladimir Fekete “Dostluq” ordeni ilə təltif edilib.