YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Ordubadda YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib

Yeni Azərbaycan Partiyası (YAP) Ordubad rayon təşkilatının inzibati binasında partiya sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə və Yeni Azərbaycan Partiyası (YAP) Ordubad rayon təşkilatının sədri Ehtibar İsmayılov Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, keçdiyi mürəkkəb və şərəfli yoldan danışıblar.

Vurğulanıb ki, yarandığı gündən ümumxalq partiyası imicini qazanan Yeni Azərbaycan Partiyası cəmiyyətin bütün təbəqələrini öz sıralarında birləşdirərək onların arzu və istəklərinin həyata keçirilməsinə səy göstərir.

Yeni Azərbaycan Partiyası sıralarına daxil olmağın böyük şərəf və qürur mənbəyi olduğu qeyd edilib.