YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

İmişlidə Milli Mətbuat Günü qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatında 22 İyul – Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev  və digərləri Azərbaycan mətbuatının uzun və şərəfli yol keçdiyini deyiblər.

Bildirilib ki, milli mətbuatımızın inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələ açdı. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu verdi.

Ulu Öndərin mətbuatın inkişafına, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsinə yönəlmiş siyasətinin onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi qeyd olunub.

Tədbirin sonunda bir qrup media nümayəndəsinə fəxri fərman təqdim edilib.