Xəbərlər
Türkiyəli müşahidəçi: Azərbaycan bütün dünyaya demokratik seçki nümunəsi göstərdi
Azərbaycanda seçkilər uğurlu, beynəlxalq norma və standartlara, demokratiya prinsiplərinə müvafiq keçirildi. Seçki-2015.az saytının mılumatına görə, bu barədə jurnalistlərə "Mərmərə" tədqiqat qrupunun sədri Akkan Suver deyib.
A.Suver qeyd edib ki, seçki məntəqələrində veb-kameralardan istifadə edilməsi isə şəffaflığın daha bir prinsipidir: "Azərbaycan türk dünyasında demokratiyanın nümunəsidir. Siz bütün dünyaya nümunə göstərdiniz. Azərbaycanı təbrik edirəm".