Xəbərlər
Prezident İlham Əliyev Məmməd Əhmədzadənin Azərbaycanın Belçikada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb
Prezident İlham Əliyev Məmməd Bahəddin oğlu Əhmədzadənin Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin digər Sərəncamı ilə Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
