YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xankəndidən dünyaya dostluq, həmrəylik mesajları verildi

Bayram Aslanov

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri

Bu günlərdə qədim Azərbaycan torpağı - Xankəndi şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünə evsahibliyi etdi.

Dünyanın qütbləşdiyi, geosiyasi proseslərin, müharibələrin aparıldığı bir zamanda iyulun 4-də Azərbaycanın Xankəndi şəhərində reallaşan mötəbər tədbir ölkəmizin böyük etimad və hörmətinin daha bir təsdiqi oldu.

30 ildən çox Ermənistanın işğalı altında olmuş Xankəndi artıq liderlərin, dövlət və hökumət başçılarının, nümayəndə heyətlərinin rəhbərlərinin, xarici qonaqların iştirak etdiyi mötəbər tədbirə ev sahibliyi etmək iqtidarında olduğunu yüksək səviyyədə nümayiş etdirdi.

Xankəndidə, yeni inşa edilmiş, müasir tələblərə cavab verən Konqres Mərkəzində reallaşan tədbirdə ölkəmizin Prezidenti cənab İlham Əliyev çıxışı zamanı bildirdi ki, bugünkü Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası var. Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim.

Prezident cənab İlham Əliyev ölkəmiz erməni işğalçılarının Azərbaycanın əzəli torpaqlarında 30 illik işğal dövründə törətdiyi vandalizm aktlarını bir daha sadalayıb. Xüsusi ilə, Qarabağ və Şərqi Zəngəzur bölgələrində dağıdılan 65 məscidə işarə edərək, dövlət Başcımız bildirib ki, işğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmişdir. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi.

Dövlət qurumlarından ibarət komissiya öz işinə xarici ekspertləri cəlb edərək, beynəlxalq təcrübədən yararlanmaqla işğal nəticəsində Azərbaycana vurulmuş zərəri təxminən 150 milyard ABŞ dolları məbləğində qiymətləndirmişdir.

Ermənistan torpaqlarımızda bir milyondan çox mina basdırıb. Vətən müharibəsindən bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb.

Qüdrətli Azərbaycan hər zaman vətəndaşının yanında olan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin edilib. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır.

Sevindirici haldır ki, Qalib Azərbaycan ECO-nun 2006-cı ilin mayında və 2012-ci ilin oktyabrında Bakıda keçirilmiş IX və XII Zirvə görüşlərinə uğurla ev sahibliyi edib. Eyni zamanda, IX və XII Zirvə görüşlərində qəbul olunan qərarlar təşkilat daxilində əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçməsinə şərait yaradıb. Bu Zirvə görüşləri Azərbaycanın ECO daxilində təşəbbüskar və regional lider statusunu bir daha təsdiqləyib.

ECO-nun 17-ci Zirvə görüşünə uğurla sədrlik edən ölkəmiz ECO-nun Azərbaycanda yerləşəcək Tədqiqat Mərkəzinin və Təmiz Enerji Mərkəzinin fəaliyyətə başlamasının təmin olunması istiqamətində işləri davam etdirir. Eyni zamanda, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə

2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsi də Qarabağın incisininin dünyaya turizm mərkəzi kimi tanıdılmasına şərait yaradacaq.

Göründüyü kimi, 30 ildən çox düşmən tapdağı altında qalan Xankəndi şəhəri özünün dirçəliş, inkişaf dövrünə qədəm qoyub, Qafqaz regionunun yeni inkişaf və sülh mərkəzinə çevrilib və dünyaya dostluq, həmrəylik mesajlarını verir.