YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

22 saylı Nəsimi II seçki dairəsinin seçiciləri öz iradələrini sərbəst şəkildə ifadə edirlər

Noyabrın 1-i Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər günüdür. Bütün seçki dairələrində olduğu kimi, 22 saylı Nəsimi II seçki dairəsində də şəffaf və ədalətli seçkilərin keçirilməsi üçün lazım olan bütün şərait yaradılıb.

Bu seçki dairəsinə 22 seçki məntəqəsi daxildir. Bu məntəqələrdə 37810 seçici öz namizədinə səs verəcək.

Dairə seçki komissiyasının sədri Vaqif Qasımov məlumat verib ki, vətəndaşların seçki hüquqlarının həyata keçirilməsinin təmin edilməsi üçün məntəqələr fasiləsiz elektrik enerjisi, rabitə ilə təchiz edilib, onlarda kompyuterlər və digər avadanlıq quraşdırılıb. Seçki məntəqələrindən 10-da veb-kamera quraşdırılıb.

Dairədə üzrə məntəqələrdə səsvermənin gedişini 510 yerli və 6 əcnəbi (4-ü AŞPA-dan və 2-si MDB-dən) müşahidəçi izləyir.

V.Qasımov qeyd edib ki, bu dairə üzrə 7 namizəd qeydiyyata alınıb.

Seçicilər səsvermədə fəal iştirak edirlər. Səhər saatlarında səsverməyə gələn vətəndaşlar seçki məntəqələrində yaradılan şəraitdən razılıqlarını bildirdilər.

 

DİGƏR Xəbərlər Arxiv