Xəbərlər
İCAPP-ın həmsədri Xose de Venesia 15 saylı Yasamal birinci seçki dairəsinin 4 saylı seçki məntəqəsində seçkilərin gedişatı ilə maraqlanıb
Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) həmsədri Xose de Venesia 15 saylı Yasamal birinci seçki dairəsinin 4 saylı seçki məntəqəsində oldu və seçkilərin gedişatı ilə maraqlandı. Bildirdi ki, seçici fəallığı mövcuddur. Səsvermə obyektiv, şəffaf, demokratiyanın tələblərinə və Milli Məclisin qaydalarına uyğun şəkildə davam edir. “Bu, bir daha göstərir ki, Azərbaycan demokratik inkişaf yoluna sadiqdir” – söyləyən Xose de Venesia səsvermə prosesindən razılıq etdi.