YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Konqo Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Cənab Prezident.

Azərbaycan Respublikasının Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Konqo Hökuməti və xalqı adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzulayıram.

Ölkələrimiz arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində Zati-alinizlə birgə daha çox səy göstərməyə tam hazır olduğumu və bu işə sadiqliyimi bir daha bildirirəm.

Zati-alinizlə aramızda mövcud olan nümunəvi şəxsi dostluq münasibətlərinə əsaslanaraq, cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

DİGƏR Xəbərlər Arxiv