Xəbərlər
Tibb İşçilərinin Peşə Bayramı Binəqədidə də qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatı tərəfindən 17 İyun - Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tibb işçilərini təbrik edib, onların əhalinin sağlamlığının qorunmasında və insan həyatının xilasında oynadığı əvəzsiz roldan bəhs ediblər. Son illərdə ölkə səhiyyəsinin inkişafı, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi və bu istiqamətdə görülən digər işlərdən ətraflı danışılıb.
Tibb işçiləri Fədai Hacıyev, Müşfiq Mirzəyev, Qaraxan Əliyev və başqaları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Tədbirin sonunda fəaliyyətində fərqlənən bir qrup tibb işçisinə fəxri fərman təqdim olunub.