Xəbərlər
Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin VI Forumu keçirilir
Moskvanın Beynəlxalq Ticarət Mərkəzində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) “RAGB: gənclərin layiqli gələcəyi naminə” mövzusunda VI Forumu keçirilir.
Forumda Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGB-ın sədri Leyla Əliyeva iştirak edir.
Forum çərçivəsində RAGB-ın hesabat-seçki yığıncağı keçiriləcək. RAGB-ın regional bölmələrinin fəallarının, Azərbaycan diasporunun nümayəndələrinin və Rusiya gənclər təşkilatlarının təmsilçilərinin iştirak etdiyi Forumun bölmələrində “Azərbaycan və yeni dövrün çağırışları”, “IDEA – bir dünya, bir gələcək”, “Ədalət səfiri ol”, “Turizmin və diyarşünaslığın inkişafı gənclərin vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyəsinin vasitəsi kimi”, “Gənclər karyera inkişafı: sahibkarlıq və uğura aparan yol” mövzularında müzakirələr aparılacaq.
Forum Azərbaycanın və Rusiyanın estrada ulduzlarının iştirakı ilə böyük konsert proqramı ilə başa çatacaq.