YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini, YAP-ın Sədr müavini Əli Əhmədov MDB Parlamentlərarası Beynəlxalq Müşahidə Missiyasının üzvləri ilə görüşdü

Baş nazirin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov partiyanın qərargahında  1 noyabr parlament seçkilərini izləyəcək MDB Parlamentlərarası Beynəlxalq Müşahidə Missiyasının üzvləri ilə görüşdü.

Görüşdə Əli Əhmədov  ölkəmizdə seçkilərin azad, şəffaf , demokratik, beynəlxalq standartlara uyğun keçirilməsi üçün yaradılan şəraitdən bəhs etdi.  Bildirdi ki, Azərbaycanda demokratik seçki mühiti mövcuddur, bütün siyasi partiyalara   seçkilərin hər bir mərhələsində eyni şərait yaradılıb.

Əli Əhmədov vurğuladı ki, ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası seçkilərə böyük qələbə əzmi ilə qatılıb. Bunu şərtlənirən bir sıra  amillər mövcuddur. Ulu öndər Heydər Əliyevin yaradıcısı olduğu  Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Partiyanın sıralarında  670 minə yaxın üzvün birləşməsi təbii ki, həyata keçirilən siyasətə dəstəyin, Yeni Azərbaycan Partiyasının bu gününə və gələcəyinə inamın göstəricisidir.

YAP sədrinin müavini Əli Əhmədov bildirdi ki, hər bir partiya seçkilərə ötən dövr ərzində  qazandığı uğurlarla, malik olduğu sosial baza ilə qatılır. Heç şübhəsizdir ki, Yeni Azərbaycan Partiyasına xalqın dəstəyi böyükdür.

Əli Əhmədov  ölkədə seçki ab-havasının çox müsbət, xalqın seçki əhval-ruhiyyəsinin yüksək olduğunu qeyd etdi. Vurğuladı ki,  bu ab-hava xalqın bugünkü reallıqlara verdiyi yüksək dəyərdən qaynaqlanır.

Demokratiyanın vacib  amillərindən  biri  seçkilərin  şəffaflığının təminatının təsdiqi kimi  prosesin beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin  müşahidəçilərinin  izləməsidir. Ə.Əhmədov Azərbaycan dövlətinin  beynəlxalq müşahidə  missiyalarının seçkiləri izləmələrinə yaratdığı şəraiti   prosesin demokratik, azad və şəffaf şəkildə keçirilməsinə göstərdiyi diqqət və önəm kimi qeyd etdi.

Görüşdə bu əminlik bir daha  ifadə edildi ki, 1 noyabr  parlament seçkiləri xalqımızın yüksək fəallığı şəraitində keçiriləcək, Azərbaycan növbəti illərdə də uğurla inkişaf edərək, yeni-yeni hədəflərə çatacaq.

MDB Parlamentlərarası Beynəlxalq Müşahidə Missiyasının üzvləri  ölkəmizdə seçki ab-havasından razılıqlarını ifadə etdilər. Azərbaycanın demokratik inkişaf yolunda inamla irəliləməsinin göstəricilərindən biri kimi  seçkilərin demokratikliyinə, beynəlxalq standartlara uyğun keçirilməsinə göstərilən diqqəti xüsusi vurğuladılar.

Ə.Əhmədov Müşahidə Missiyasının üzvlərini maraqlandıran sualları cavablandırdı, bir daha onları ölkəmizdə görməkdən, seçkiləri izləmələrinə göstərdikləri maraqdan məmnunluqlarını ifadə etdi.

YAP icra katibinin müavini Mübariz Qurbanlı görüşdə iştirak edib. 

DİGƏR Xəbərlər Arxiv