YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tacikistan Prezidenti MDB Hökumət Başçıları Şurasının iclasının iştirakçılarını qəbul edib

Tacikistan Prezidenti Emoməli Rəhmon Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərini qəbul edib.

Görüşdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov da iştirak edib.

Prezident Emoməli Rəhmon MDB ölkələri çərçivəsində əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini bildirib. Qeyd edib ki, MDB çərçivəsində əməkdaşlığın inkişafı bu ölkələr arasında siyasi dialoqdan asılıdır.

Dövlət başçısı deyib ki, dünyada iqtisadi böhranın davam etdiyi bir vaxtda MDB ölkələri daha sıx birləşməli, siyasi, iqtisadi, hərbi, mədəni-humanitar sahələrdə yaranan problemləri birlikdə həll etməlidirlər.

Tacikistan Prezidenti Əfqanıstanda sülhün və sabitliyin bərpa olunması istiqamətində görülən işlərin Mərkəzi Asiya regionuna mümkün təsiri imkanlarına da toxunub.

 

DİGƏR Xəbərlər Arxiv