Xəbərlər
Milli Məclisin deputatlığına namizəd Cavid Qurbanov Bakı şəhərində məskunlaşmış Kəlbəcər rayon sakinləri ilə görüş keçirdi
Yeni Azərbaycan Partiyası 123 saylı Kəlbəcər rayon seçki dairəsi üzrə Milli Məclisin deputatlığına namizəd Qurbanov Cavid Qənbər oğlunun təbliğat - təşviqat kampaniyası cərcivəsində 29 oktyabr 2015-ci il tarixində Bakı şəhərində məskunlaşmış Kəlbəcər rayon sakinləri ilə görüşü keçirildi.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Akif Əsgərov açıb və təbliğat-təşviqat kampaniyası barədə ətraflı məlumat verib.
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov millət vəkili Cavid Qurbanov tərəfindən 10 il ərzində görülmüş işləri seçicilərin diqqətinə çatdırıb.
Cavid Qurbanov ilk öncə Kəlbəcər rayon ictimaiyyəti, ağsaqqalları, ziyalıları, gəncləri, Dədə Şəmşir ocağının ailə üzvləri adından Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri möhtərəm Prezidentimiz cənab Ilham Əliyevə və YAP-nin İdarə Heyətinə yenidən namizədliyini irəli sürdükləri üçün minnətdarlığını və ona göstərilən bu etimadı Kəlbəcərlilərin dəstəyi ilə layiqincə doğruldaçağını bildirdi.
Cavid Qurbanov qeyd etdi ki, Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu olan otuz ildən artıq bir dövrü dahi Azərbaycanlı, xalqımızın Ümümmilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini və millətini zamanın ən çətin sınaqlarından çıxardaraq ölkənin ictimai-siyasi, mədəni-mənəvi və iqtisadi tərəqqisinə nail olmuşdur. Müstəqil Azərbaycanın uzaqgörən, dərin hafizəli memarı olan Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü əvəzsiz işlər saymaqla bitib-tükənən deyil. Xalqımızın dünənini gözəl bilən, bu gününü qurub-yaradan Ulu Öndər onun gələcəyini də düşünərək xalqımız üçün möhtərəm Prezidentimiz İlham Əliyev kimi lider də yetişdirmişdir. İndi millətimiz bu dərin zəkalı Liderin apardığı məqsədyönlü siyasət nəticəsində gözəl günlərini yaşayır. Dövlətimiz iqtisadi, hərbi cəhətdən güclənir, Azərbayacan öz nailiyyətləri və həyata keçirdiyi beynəlxalq səviyyəli layihələri ilə dünyanın diqqətini özünə cəlb edir. Hamımızın ağrılı yeri olan Dağlıq Qarabağ probleminin həlli də məhz möhtərəm prezidentimiz cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasət nəticəsində öz həllini tapacaqdır. Bütün soydaşlarımız öz doğma ata-baba yurdlarına qayıdacaqlar.
Cavid Qurbanov daha sonra qeyd etdi ki, möhtərəm Prezidentimiz tərəfindən qaçqın və məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması və sosial problemlərinin həlli istiqamətində mühüm dövlət proqramları qəbul edilərək həyata keçirilmişdir. Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrinə də daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. Millət vəkili kimi mən də çalışmışam ki, seçicilərimin problemlərini daim diqqət mərkəzində saxlayım. Qeyd edirəm ki, bu illər ərzində imkanım daxilində problemlərin həllinə qismən də olsa nail olmuşuq. Bu gün Kəlbəcərlilər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşiblər, ölkəmizdə ictimai-siyasi sabitliyi pozmağa çalışan daxili və xarici qüvvələrə qarşı hər an öz kəskin mövqelərini bildirirlər.
Bu gün danılmaz faktdır ki, ölkəmizin inkişafında dövlətə ən güclü dəstək verən birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO - nun xoşməramlı Səfiri, millət vəkili Mehriban xanım Əliyevadır. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu neçə illərdir Azərbaycanda çox xeyirxah və gərəkli bir missiyanı yerinə yetirir, hər il Fondun təşəbbüsü və qayğısı ilə ölkədə onlarla yeni təhsil ocaqları tikilir, Azərbaycan mədəniyyətinin dünya arenasına çıxması istiqamətində mühüm işlər görulur, maddi mədəniyyət nümunələrimiz YUNESKO-nun qeyri-maddi mədəniyyət nümunələrinin qorunması siyahısına salınmışdır.
Görüşdə iştirakçıları noyabrın 1-də kəlbəcərlilərin yekdilliklə YAP-dan namizədliyi irəli sürülmüş Cavid Qurbanova səs verəcəklərini bəyan ediblər.