Xəbərlər
Məlahət İbrahimqızı: Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti dövlət başçısı İlham Əliyev tərəfindən daha sürətlə inkişaf edir
18 oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə YAP Nəsimi rayon təşkilatı və onun Gənclər Birliyi tərəfindən “Müstəqilliyimiz, Gənclərimiz və Gələcəyimiz” naminə ənənəvi olaraq oktyabr ayında təşkil olunan “Tələbə Ayının” bağlanışına həsr edilmiş yekun tədbir keçirilmişdir.
Tədbirdə təşkilatın sədri, millət vəkili Məlahət İbrahimqızı Gənclər Birliyinin təşəbbüsünü yüksək qiymətləndirərək “Tələbə Ayı” çərçivəsində keçirilən Futsal dostluq yarışmasının qaliblərinə və YAP Nəsimi rayon təşkilatının həyata keçirdiyi işlərdə fəallıq göstərən gənclərə hədiyyələr təqdim etmişdir. Məlahət İbrahimqızı Azərbaycan gənclərinin dövlət müstəqilliyi və milli dövlətçiliyin güclənməsində və möhkəmlənməsində onların rolunun əhəmiyyətini vurğulayaraq Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş gənclər siyasəti dövlət başçısı cənab İlham Əliyev tərəfindən gündən günə daha sürətlə inkişaf etdirilməsindən və bu sahədə əldə olunan böyük uğurlardan danışdı. Məlahət İbrahimqızı qeyd etdi ki, gənc istedadların aşkar edilməsi və yüksək səviyyəli təhsil alması üçün əlverişli şəraitin və dövlət qayğısının yaradılması da gənclər siyasətinin dövlətin əsas prioritetlərindən olmasını sübut edir. Möhtərəm prezident cənab İlham Əliyevin sədrlik etdiyi, ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının fəaliyyətində də gənclər siyasəti xüsusi əhəmiyyətə malik olmaqla, bu partiyanın böyük əksəriyyəti də gənclərdir.”
Tədbirin sonunda gənclərin özfəaliyyət dərnəklərinin və rəqs ansambllarının iştirakı ilə əyləncəvi proqram keçirilmişdir.