YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransalı senatordan Dağlıq Qarabağa səfər etmiş siyasətçiyə: Sizin abır-həyanız yoxdur

Fransalı senator Natali Qule Krıma səfər etdiyinə görə ölkə nümayəndə heyətini təqsirləndirən fransız siyasətçi Bruno Le Runun ikiüzlülüyünü ifşa edib. Belə ki, B.Ru daha əvvəl separatçı Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.

N.Qule Fransa Milli Yığıncağında Sosialist Partiyası fraksiyasının rəhbəri B.Runun “Le Monde” nəşrində dərc edilmiş məqaləsini şərh edib. B.Ru həmin məqalədə eks-prezident Nikola Sarkozinin Moskvaya səfəri, xüsusilə də sabiq Prezidentin Fransa nümayəndə heyətinin Ukraynanın separatçı regionu Krıma səfərini təqdir etməsi barədə tənqidi fikirlər bildirib.

Fransa Senatının (parlamentin yuxarı palatası) üzvü N.Qule “Twitter” sosial şəbəkəsindəki səhifəsində yazıb: “Bruno Le Ru, sizin abır-həyanız yoxdur; Fransanın rəsmi mövqeyini pozmaqla Qarabağa səfər edirsiniz, sonra isə Rusiyaya səfərinə görə NS-i (Nikola Sarkozi - red.) tənqid edirsiniz”.

Qeyd edək ki, B.Ru sentyabrın əvvəlində Azərbaycanın işğal edilmiş ərazilərinə, o cümlədən Xankəndinə səfər etmişdi.

 

DİGƏR Xəbərlər Arxiv