YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux və Rumıniya Prezidenti Nikuşor Dan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıblar

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Sizə və dost Azərbaycan xalqına Monqolustan xalqı adından səmimi təbriklərimi çatdırıram.

Böyük məmnunluq hissi ilə qeyd edirəm ki, Monqolustan və Azərbaycan arasında qarşılıqlı hörmətə, ortaq tarixi və mədəni dəyərlərə əsaslanan ənənəvi dostluq və əməkdaşlıq birgə səylərimizlə daim genişlənir.

Cənab Prezident, COP29 çərçivəsində Bakıda səmimi görüşümüz zamanı razılaşdığımız məsələlərin həyata keçirilməsi üçün Sizinlə birlikdə işləməyə sadiqəm.

Fürsətdən istifadə edərək, Sizi gözəl, zəngin tarixə malik ölkəmizə dövlət səfərinə dəvət etdiyimi bir daha bildirirəm. Əminəm ki, Sizin səfəriniz əlaqələrimizdə yeni səhifə açmaqla yanaşı, Monqolustan və Azərbaycan arasında əməkdaşlığın genişlənməsinə dəyərli töhfələr verəcəkdir.

Cənab Prezident, Sizə və sevimli ailənizə möhkəm cansağlığı, rifah, dost Azərbaycan xalqına firavanlıq arzulayıram".

Həmçinin Rumıniya Prezidenti Nikuşor Dan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir: "Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Sizi təbrik edir, xalqınıza firavanlıq və əmin-amanlıq arzulayıram.

Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniyanın strateji, yaxın və etibarlı tərəfdaşıdır. Ölkələrimiz arasındakı sıx əlaqələr möhkəm prinsiplərə və ümumi məqsədlərə əsaslanır. Rumıniya ilə Azərbaycan Respublikası arasında həm ikitərəfli, həm də regional səviyyədə həyata keçirilən çoxsaylı layihələr əməkdaşlığımızın intensivliyini mükəmməl şəkildə əks etdirir.

Mən Rumıniyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha təsdiqləyirəm. Eyni zamanda, Rumıniyanın bütün səviyyələrdə strateji tərəfdaşlığımızı möhkəmləndirməyə və dərinləşdirməyə sadiqliyini bir daha bildirirəm. Tam əminəm ki, davamlı səylərimiz sayəsində Rumıniya ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq enerji, ticarət, təhsil kimi xüsusi əhəmiyyət kəsb edən sahələrdə inkişaf edəcəkdir. Həmçinin Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında konstruktiv və perspektivli əlaqələrin inkişafında fəal iştirakını davam etdirəcəkdir.

Cənab Prezident, xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edəsiniz".

DİGƏR Xəbərlər Arxiv