Xəbərlər
Deputatlığa namizəd Ağalar Vəliyevin Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış seçicilər ilə növbəti görüşü keçirilmişdir
V çağırış Milli Məclisə seçkilərlə əlaqədar 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Vəliyev Ağalar İsrəfil oğlunun Sumqayıt şəhərində müvəqqəti məskunlaşmış seçicilər ilə növbəti görüşü keçirilmişdir.
Görüşdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahı Ağdam rayon şöbəsinin sədri İsgəndər Quliyev tədbiri giriş sözü ilə açaraq deputatlığa namizəd Ağalar Vəliyev haqqında seçicilərə ətraflı məlumat verdi.
Daha sonra Sərraf Səfərov 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Vəliyev Ağalar İsrəfil oğlunun tərcümeyi-halını oxudu.
Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərərgahı Ağdam rayon şöbəsinin üzvü Habil Abbasov deputatlığa namizəd Ağalar Vəliyevin ötən 5 ildəki fəaliyyəti barədə seçicilərə məlumat verdi.
Daha sonra deputatlığa namizəd Ağalar Vəliyev seçicilər qarşısında geniş və əhatəli çıxış etdi.
Seçicilərdən Şirxan Səlimov, Sevindik Hüseynov, Tahir Əliyev və başqarı çıxış edərək Ağalar Vəliyevin təəsüfkeş millət vəkili olduğunu söyləmişlər və əminliklə qeyd etdilər ki, noyabrın 1-də YAP-ın namizədi olan Ağalar İsrəfil oğlu Vəliyevə səs verəcəklər.