YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd Naqif Həmzəyevin Gəncədə seçicilərlə növbəti görüşü keçirilib

Gəncə şəhər, 38 saylı Nizami ikinci (Gəncə) Seçki Dairəsi üzrə Yeni Azərbaycan Partiyası tərəfindən deputatlığa namizəd Həmzəyev Naqif Ələşrəf oğlunun Gəncə Dram Teatrında seçicilərlə görüşü keçirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndəsi,  Gəncə şəhər Təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə noyabırın 1-də keçiriləcək parlament seçkiləri,Yeni Azərbaycan Partiyasının ümumxalq partiyası olaraq, ölkəmizin inkişaf və tərəqqisində müstəsna rolu haqqında danışıb: “Bu gün ərtafında 700 minə yaxın siyasi həmfikri birləşdirən Yeni Azərbaycan Partiyası, bu ilki parlament seçkilərinə  “Yeni hədəflərə doğru!” şüarı ilə qatılıb. Əminik ki, ənənəvi olaraq Yeni Azərbaycan Partiyası bu seçkilərdə də böyük uğur qazanacaq.

Partiyanın namizədi Naqif  Həmzəyev haqqında ətraflı məlumat verən Pərvin Kərimzadə onun geniş ictimai-siyasi fəaliyyəti, gənclərə nümunə olan müsbət keyfiyyətləri ilə ictimaiyyət arasında  çox qısa vaxt ərzində hörmət və etibar qazandığını, millət vəkili seçilməyə, Gəncəni ləyaqətlə təmsil etməyə qadir, vətənpərvər, fədakar və yüksək intellektli bir gənc olduğunu diqqətə çatdırıb. Bütün seçiciləri Yen Azərbaycan Partiyasının ən layiqli  namizədlərinə səs verməyə çağırıb.

Təbliğat qrupunun üzvləri və seçicilər təbliğat-təşviqat kampaniyası çərçivəsində bu günə kimi keçirilən bütün tədbirlərdə yüksək mütəşəkkilliyin, yüksək əhval-rühyyənin, böyük coşqunun Yeni Azərbaycan Partiyasına inam və rəğbətin ifadəsi olduğunu, fəaliyyəti dövründə  xalqın  maraqlarına, xoşbəxt gələcəyinə xidmət etdiyini vurğulayıblar: “Yeni Azərbaycan Partiyasının namizədləri hər zaman etimadı doğruldublar və bu dəfə də onların ölkəmizin tərəqqisinə, xalqımızın daha firavan yaşamasına dəyərli töhfələr verəcəyinə inanırıq, hamımız bir nəfər kimi Partiyanın namizədlərini dəstəkləyrik”.

YAP-ın deputatlığa namizədi Naqif  Ələşrəf oğlu Həmzəyev  çıxışında qeyd edib ki, seçicilərin belə fəallığı və diqqəti məni çox qürurlandırır. İnanıram ki, onlar Partiyanın namizədləri ilə  həmişə birlikdə olacaq, biz  əl-ələ verib daha möhtəşəm qələbələrə nail olacağıq. Mənə etimad göstərilərsə, Milli Məclisdə gəncəliləri böyük fəxrlə təmsil edəcək, ürəkaçan işlərimlə, dəyərli fəaliyyətimlə seçicilərimin adına daim şərəf gətirəcəyəm.

 

DİGƏR Xəbərlər Arxiv