YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidentı İlham Əliyev Çex Prezidenti Miloş Zemana təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidentı İlham Əliyev Çex Respublikasının Prezidenti Miloş Zemana Çex Respublikasının milli bayramı münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycan-Çexiya münasibətləri bu gün dinamik və hərtərəfli inkişaf yolundadır. Keçən ay ölkəmizə səfəriniz, ölkələrimiz arasında strateji tərəfdaşlığa dair imzaladığımız Birgə Bəyannamə ikitərəfli münasibətlərimizin inkişafına mühüm töhfədir.

Ümidvaram ki, əməkdaşlığımızın daha da dərinləşdirilməsi sahəsində qarşıya qoyduğumuz vəzifələrin həlli yolunda səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza daim sülh və firavanlıq arzulayıram.”

 

DİGƏR Xəbərlər Arxiv