YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan-Vyetnam əməkdaşlığı: ikitərəfli münasibətlərdə yeni səhifə

Təvəkkül Əliyev

YAP Şuşa rayon təşkilatının sədri

Azərbaycan müstəqilliyini elan etdikdən qısa müddət sonra Vyetnam Sosialist Respublikası ilə 1992-ci ildə diplomatik münasibətlər qurdu. Hələ Sovet İttifaqının dövründə 1959-cu ildə Vyetnam Demokratik respublikasının Prezidenti Ho Şi Min Azərbaycana səfər etmişdi. Ulu Öndər Heydər Əliyev Moskvoda SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işlədiyi dövrdə 1983-cü ildə Vyetnam Demokratik Respublikasında səfərdə olub. Bu səfərlər ölkəmiz arasında əməkdaşlığın möhkəm təməlinə çevrilib.

Prezident İlham Əliyev bu əməkdaşlığı daha da inkişaf etdirərək strateji səviyyəyə qaldırmışdır. Belə ki, Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının “Vietnam News Agency” agentliyinə verdiyi müsahibədə əlaqələrimizin tarixi və gələcək perspektivləri haqqında geniş və əhatəli fikirlərini istifadə edib. Dövlətimizin başçısı 2014-cü ildə Vyetnama, 2015-ci ildə Vyetnamın Prezidenti Çionq Tam Şanqın Azərbaycana rəsmi qarşılıqlı səfərləri rəsmi görüşlərlə yanaşı, neft-qaz, energetika, inşaat, maliyyə, ticarət, turizim, nəqliyyat və digər sahələrin işgüzar dairələrin iştirakı ilə Azərbaycan-Vyentam biznes forumu keçirilib. Müxtəlif istiqamətlər üzrə Vyetnam-Azərbaycan Hökumətlərarası Komissiyası yaradılıb. Komissiya birgə təşəbbüslərin səmərəliliyinin artırılmasında vacib platformadır.

Sovetlər dövründə minlərlə vyetnamlı gənc Azərbaycanın müxtəlif ali məktəblərindı təhsil alıb. Onlar peşakar kadrlar kimi o dövrdə də, hal-hazırda da öz ölkələrinin inkişafına töhfələr verirlər. Prezident İlham Əliyev Honoya səfəri zamanı 2014 -cü ildə Azərbaycan ali təhsil almış vyetnamlı məzunlarla görüşmüş, 2015-ci ildə isə Honoyda Azərbaycanın ali məktəblərinin məzunlarını birləşdirən Azərbaycan-Vyentam Dostluq Assosiasiyası yaradılıb.

Vyetnam Sosialist Respublikası Kommunist Partiyası Baş katib To Lamın Azərbaycana dövlət səfəri isə qarşılıqlı münasibətləri daha da gücləndirəcək. Səfər zamanı bir sıra sənədlərin imzalanması əlaqələrimizin gələcək uğurlu prespektivlərindən xəbər verir. Xüsusilə, “Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlığın qurulması Birgə Bəyanat”ın qəbul edilməsi çox böyük əhəmiyyətə malikdir. Ölkəmizin strateji tərəfdaşlarının sayı durmadan artmaqdadır. Mətbuata bəyanatında Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Vyetnam arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat Vyetnam-Azərbaycan əlaqlərini daha yüksək pilləyə qaldıran bir sənəddir. Ölkələrimiz bütün sahələrdə, o cümlədən Qoşulmama Hərəkatına və BMT çərçivəsində səmərəli əmakdaşlıq edir.

Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Vyetnamda önəmli layihələr reallaşdırıb. Qeyd olunanları ümumiləşdirərək deyə bilərik ki, Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri qarşılıqlı münasibətləri daha da gücləndirəcək. Səfər zamanı imzalanmış sənədlər isə əmakdaşlığımız üçün yeni səhifələr açacaq.