YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Qazaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib

Qazaxda “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər davam etdirilir.

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Qazax sektorunun tabeliyində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə aşağı yaş qrupu üzrə futbol, şahmat və dama idman növləri üzrə yarışların final mərhələsi keçirilib.

Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev rayonda keçirilən silsilə tədbirlərin Dahi Liderə olan hörmət və ehtiramın, sevgi və sədaqətin təcəssümü olduğunu bildirib. Rayon təşkilatının sədri Ulu Öndərin şərəfli və mənalı ömür yolundan, Onun misilsiz xidmətlərindən, gənclərə və idmana göstərdiyi diqqət və qayğıdan geniş bəhs edib.

Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin dəsti-xəttinin, siyasi kursunun əzmlə, qətiyyətlə davam etdirilməsini xüsusi vurğulayan A.Nəbiyev idmançılara uğurlar arzulayıb.

Sonda qalib komandalar və idmançılar YAP Qazax rayon təşkilatının fəxri fərmanları ilə təltif olunub.

DİGƏR Xəbərlər Arxiv