YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Xətai rayonunun gəncləri arasında şahmat turniri keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının, Xətai Rayon İcra Hakimiyyətinin və 3 saylı  İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Xətai rayonunun gəncləri arasında şahmat turniri keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədr müavini Vüqar Hüseynov, 3 saylı  İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin Cəmil Fətullayev bildiriblər ki, turnir Azərbaycanda şahmatın yüksək səviyyəyə çatmasında müstəsna xidmətləri olmuş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr edilib. İstər Sovet İttifaqının tərkibində, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərlik etdiyi illər ərzində Ümummilli Lider ölkəmizdə idmanın, o cümlədən şahmatın inkişafına daim diqqət və qayğı göstərib. Ulu Öndərin tapşırığı ilə şəhər və rayonlarda çoxsaylı uşaq-gənclər şahmat məktəbləri tikilib istifadəyə verilib, şahmat mərkəzləri yaradılıb. Bu siyasət indi də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Qeyd edək ki, blits sistemi üzrə keçirilən turnirdə 10-14 yaş qruplarını əhatə edən 19-u qız, 93-ü oğlan olmaqla ümumilikdə 112 nəfər iştirak edib.

3 şahmat idman dərəcəsi üzrə keçirilən turnirdə birinci yerə I dərəcə üzrə 251 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Mürsəlzadə Cavad Qantural oğlu, II dərəcə üzrə 204 saylı tam orta məktəbin 4-cü sinif şagirdi Səmədov David İlkin oğlu, III dərəcə üzrə isə 261 saylı tam orta məktəbin 2-ci sinif şagirdi Əsgərov Davud Namiq oğlu layiq görülüb.

İkinci yerləri I dərəcə üzrə 257 saylı orta məktəbin 5-ci sinif şagirdi Qarayev Tunar Ilqar oğlu, II dərəcə üzrə 24  saylı orta məktəbin 4-cü sinif şagirdi Allahverdiyev Fərid İlqar oğlu, III dərəcə üzrə isə 17 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Fuad Həşimov tutub.

I dərəcə üzrə 257 saylı tam orta məktəbin 7-ci sinif şagirdi Hüseynov Həzi Elnur oğlu, II dərəcə üzrə 205 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Abbasov  Fərid Nicat oğlu, III dərəcə üzrə isə 171 nömrəli tam orta məktəbin 3-cü sinif şagirdi Əliquliyev Cabbar Ələkbər oğlu isə üçüncü yerin sahibi olublar.

Sonda qaliblərə diplom və hədiyyələr təqdim olunub.