Xəbərlər
Yevlaxda bir sıra yarışlar keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatı tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə partiya fəalları və rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında keçirilmiş “Heydər Əliyev: Böyük azərbaycanlı” adlı yazı müsabiqəsinin, Yevlax rayonu üzrə Təhsil sektoru ilə birgə məktəblilər arasında keçirilən “Azərbaycanın müstəqilliyi daimidir, əbədidir” adlı rəsm müsabiqəsinin və Şahmat üzrə rayon birinciliyinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Yazı müsabiqəsində Yevlax şəhər 8 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Abuşova Nərmin Dilqəm qızı 1-ci yerə, Yevlax şəhər 3 nömrəli tam orta məktəbin direktor müavini Hüseynova Könül Nazim qızı 2-ci yerə, Yevlax şəhər 2 nömrəli tam orta məktəbin İbtidai sinif müəllimi Həsənova Jalə Məzahir qızı 3-cü yerə layiq görülüb.
Rəsm müsabiqəsində Yevlax rayon Qoyunbinəsi kənd tam orta məktəbinin şagirdi Əliyeva Xədicə Əsəd qızı 1-ci yerə, Yevlax şəhər 8 nömrəli tam orta məktəbin şagirdi Məmmədli Nailə Taleh qızı 2-ci yerə, Yevlax şəhər 9 nömrəli tam orta məktəbin şagirdi Məcidova Kübra Taleh qızı 3-cü yerə layiq görülüb. Qeyd edək ki, müsabiqə mərhələsində fərqləndiyi üçün Yevlax rayon Nemətabad kənd tam orta məktəbinin şagirdi Mustafayeva Əsmər İlkin qızı da fəxri fərmanla təltif olunub.
6 yaş qrupu üzrə keçirilən Şahmat turnirində isə 2019-cu il və aşağı təvəllüdlü şahmatçılar arasında I yeri Nəsibli Tunar Tural oğlu , II yer İbrahimli Naib Qara oğlu, 2-ci yaş qrupu üzrə 2017-2018-ci il şahmatçılar arasında I yeri İsmayıllı İsmayıl Rza oğlu, II yeri Babayeva Aylin Anar qızı, III yeri Məmmədova Mədinə Zamin qızı, 3-cü yaş qrupu üzrə 2015-2016-ci il şahmatçılar arasında I yeri Ağayeva Mələkxanım Elçin qızı, II yeri Əhmədli Zeynəb Samir qızı, III yeri İsayev Zülfi Xalis oğlu, 4-cü yaş qrupu üzrə 2014-2013-cü il şahmatçılar arasında I yeri Səfərli Elmir Ceyhun oğlu, II yeri Səlimli Nicat Tural oğlu, III yeri İsgəndərov Ramal Teymur oğlu, 5-ci yaş qrupu üzrə 2012-2011- ci il təvəllüdlü şahmatçılar arasında I yeri Musalı Fərhad Mustafa oğlu, II yeri Musazadə Amin Amil oğlu, III yeri Qəhrəmanlı Məmməd Nəsimi oğlu, 6-cı yaş qrupu üzrə 2010-2009-cü il təvəllüdlü şahmatçılar arasında I yeri Hüseynov Tuncay Teyyub oğlu, II yeri Qarayev Elvin Cahid oğlu, III yeri Əlibəyli Ziya Ceyhun oğlu tutmuşdur.
Qaliblərə fəxri fərman və hədiyyələr təqdim olunub.
Sonda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.