YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

“Əbədiyaşar Lider” adlı tədbir keçirilib

“Konstitusiya və Suverenlik İli çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Zəngilan rayon təşkilatı və Zəngilan Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Əbədiyaşar Lider” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Dahi Şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin fəaliyyətinə həsr edilən videoçarx nümayiş etdirilib.

Tədbirdə YAP Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, Zəngilan Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH başçısının müavini Nizami Mönsümov, Zəngilan rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov vurğulayıblar ki, Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, dövlətçiliyin inkişafına və azərbaycançılıq ideologiyasının formalaşmasına mühüm töhfə verib. Natiqlər qeyd ediblər ki, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyevin siyasi kursu uğurla davam etdirilir və Azərbaycan sürətli inkişaf yolunda irəliləyir.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qəbul olunanlara isə üzvlük vəsiqələri təqdim edilib.

DİGƏR Xəbərlər Arxiv